Ukrayna hərbçiləri Rusiya işğalçılarının bazasına hücum edib. Bu, Rusiyanın Poltavadakı təhsil müəssisəsinə vəhşicəsinə hücumuna cavab olub.
Hafta.az “UNİAN”-a istinadla xəbər verir ki, zərbələrin videosunu hərbi dairələrə yaxın "Khorne Group. Citadel 2.0. Ruslar üçün sürpriz" telegram kanalı yayımlayıb.
"Poltava rabitə məktəbinə görə qisas. İşğalçıların meyitləri bir yığın tikinti zibilinə və özlərinin murdar kəllələrinə qarışıb. Biz hamınızı izləyirik".
"Nexta"-nın məlumatına görə, ukraynalılar Kursk vilayətində işğalçıların yerləşdiyi yerə zərbələr endiriblər. Bunun üçün "GBU-39" bombalarından istifadə edilib.
Xatırladaq ki, sentyabrın 3-də ruslar Poltavaya iki ballistik raketlə hücum ediblər. Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, təhsil ocağının altı mərtəbəli binası qismən dağılıb, 53 nəfər həlak olub, daha 298 nəfər yaralanıb. Bu barədə yayıb.